“Fabio Kapello yaxşı məşqçidir, amma klub səviyyəsində”
08.10.2012 - 12:28
“Rusiya millisi cari seçmə mərhələdə keçirdiyi hər 2 görüşdə yaxşı oynayıb, qələbə qazandı. Ancaq hər halda, bu komanda elə də güclü deyil”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi Kazbek Tuayev deyib.
Millimiz 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da Rusiya ilə qarşılaşacaq. Moskvada baş tutacaq oyun barədə fikirlərini açıqlayan təcrübəli mütəxəssisin fikrincə, Rusiya yığmasının baş məşqçisi Fabio Kapello klub səviyyəsində daha güclüdü: “Kapello çox yaxşı məşqçidir, amma yığma yox, klub səviyyəsində. İngiltərə yığması onun vaxtında elə də güclü deyildi. Kapellonun Rusiyada işi necə olacaq, onu hələ bilmirəm. Buna görə şansımız çox yaxşıdır. Üstəlik, Rusiya bizimlə Portuqaliya ilə çətin sınaqdan sonra oynayacaq. Həmin matçda nəticənin necə olacağı məlum deyil. Rusların Portuqaliyaya qalib gələcəyini demək çətindir. Biz həmin matçdan sonra taktiki cəhətdən düzgün oynasaq, nəticə qazana bilərik”.
Taktikaya toxunan Tuayev komandamızın bütövlüklə müdafiə olunmağını düzgün saymır. O, əks-hücumlar etməyin vacibliyindən danışmaqla, Türkiyə yığmasına Bakıda 1:0 hesabı ilə qalib gəldiyimiz rəsmi oyunu misal göstərib: “Kiməsə məsləhət vermək istəmirəm. Foqts yaxşı, ağıllı, işini bilən məşqçidir. Ancaq məsələ ondadır ki, bizim Portuqaliya ilə matçda seçdiyimiz taktika ilə oynamaq olmaz. Müdafiədə və yarımmüdafiədəki gərginliyi götürmək üçün mütləq əks-hücumlar etmək lazımdır. Əgər Moskvada bunu etməsək, bizə çox çətin olacaq. Çünki 60-70 dəqiqədə daim müdafiə olunmaq çox ağırdır. Heç bir komanda buna dözə bilməz. Əks-hücumlarımızı Türkiyə ilə oyunda göstərmişik. Onda müdafiədə dəqiq oynayıb, əla əks-hücumlar edib qol vurduq. Bu oyun bizim üçün etalondur və Moskvada da bunu nümayiş etdirə bilərik. Əgər ruslarla belə oynasaq, müsbət nəticəni mütləq əldə edəcəyik. Mən buna qətiyyən şübhə etmirəm və futbolçularımıza özlərini ən yaxşı tərəfdən göstərməyi arzulayıram”.
Mehman SÜLEYMANOV

0
0