“Xəzər Lənkəran” medallarını almağa yığışır
08.10.2012 - 14:02
“Xəzər Lənkəran” medallarını almağa yığışır
"Xəzər Lənkəran" 5 günlük istirahətdən sonra bu gün yenidən Bakıda toplaşır. Apasport.az saytının məlumatına görə, qarşıdakı 2 gün ərzində komanda "Happy İnn" otelində məskunlaşaraq Respublika Dövlət Yol Polisinin stadionunda məşq keçəcək.

Komandanın bu günlər Bakıda olması futbolçuların oktyabrın 10-da keçiriləcək Premyer Liqanın 2011/12 mövsümünün qaliblərinin mükafatlandırma mərasimində iştirakı ilə bağlıdır. Ötən mövsümün gümüş mükafatçısı olan "Xəzər Lənkəran" tədbirin ertəsi günü, yəni oktyabrın 11-də Lənkərana yollanacaq və növbəti tur oyununa hazırlaşacaq. Cənublular uzun fasilədən sonra doğma məkanda hazırlıq keçəcək.

Mənbə: lankaranfc.com