“Fan Zona”da yoldaşlıq oyunu
08.10.2012 - 14:32
“Fan Zona”da yoldaşlıq oyunu
Ölkəmizdə keçirilın 17 yaşadək qızlar arasında dünya çempionatının Dənizkənarı Milli Parkda fəaliyyət göstərən “Fan Zona”sında AFFA və “UNİCEF Azerbaijan” birgə tədbir keçirib. Apasport.az saytının məlumatına görə, beynəlxalq təşkilatın rəhbəri Mark Herewardçıxış edərək AFFA ilə əməkdaşlıq çərçivəsində görülən işləri xatırladıb.

Tədbirdə qadınlardan ibarət BTİ klubunun oyunçuları və müxtəlif sahələrdə çalışan tanınmış şəxslərdən təşkil olunmuş komandalar arasında yoldaşlıq oyunu keçirilib. Komandaların üzvləri "İdmanla məşğul olaq, sağlamlığımızı qoruyaq", "Zərərli vərdişlərdən uzaq olaq", "Qızlarımızın qayğısına qalaq, erkən nikahlara yox deyək" və s. bu kimi sosial yönümlü şüarlar səsləndiriblər. Yoldaşlıq oyunu 16:7 hesabı ilə BTİ komandasının xeyrinə başa çatıb. Oyundan sonra iştirakçılara müxtəlif hədiyyələr təqdim olunub.

Qeyd edək ki, AFFA və “UNICEF Azerbaijan” arasında bir ildən artıqdır ki, əməkdaşlıq mövcuddur. Əsas hədəfi U-17 UNICEF qızlar Liqasında çıxış edən klublar olan əməkdaşlıq çərçivəsindəki tədbirlərin əksəriyyətini tədris yönümlü treninqlər təşkil edir. Treninqlər zamanı qızlara sağlam həyat tərzi(sağlam qidalanma, idmanla məşğul olmağın faydası, zərərli vərdişlərin və erkən nikahların mənfi məqamları) və uşaq haqları mövzusunda ətraflı məlumat verilir.

Mənbə: affa.az