Vitali Borisov: Əsas rəqibimiz “Barselona”dır
08.10.2012 - 15:20
“UEFA kubokunun elit-raundunda çox çətin qrupda yer almışıq. Buradakı uğursuzluq isə çox baha – “Dördlər finalı” bahasına başa gələ bilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan çempionu “Araz”ın futzalçısı Vitali Borisov deyib.
O, UEFA kubokunun elit-raundunun 2 gün sonra start götürəcək oyunları haqda fikirlərini açıqlayıb.
Vitali UEFA-nın rəsmi saytına açıqlamasında İspaniya “Barselona”sı, Xorvatiya “Split”i, həmçinin yerli “Litija” ilə Sloveniyadakı qarşılaşmalar haqda iddialı danışıb. Borisov 1-ci yer iddiasında olduqlarını bildirib: “İndi bizi “Barselona” ilə mübarizə gözləyir. Elə əsas rəqibimiz də onlardır. Digər 2 komandanı isə məğlub edə bilərik. “Barselona” ilə isə layiqli mübarizə aparmalıyıq. “Araz” artıq sübut edib ki, istənilən rəqiblə oynamaq gücündədir”.

0
0