“Azərbaycandan “Qızıl buts”la qayıtmaq istəyirəm”
08.10.2012 - 17:20
“Azərbaycandan dünya çempionu titulu ilə qayıtmaqdan daha çox istədiyim bir şey yoxdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək qızlardan ibarət KXDR milli komandasının futbolçusu Ri Un Sim deyib.
Azərbaycanda keçirilən dünya çempionatında keçirdiyi bütün oyunlarda qol vuran asiyalı bombardir Almaniya ilə yarımfinal oyunu ərəfəsində iddialı olduqlarını açıqlayıb: “Kanadanı məğlub edib yarımfinala çıxmağımıza görə də şadıq. Lakin bizim əsas hədəfimiz bu deyil. Almaniyanı məğlub etməyi, sonra isə finalda qalib gəlməyi düşünürük. Mən özüm isə Azərbaycandan ən yaxşı bombardirə verilən “Qızıl buts”la qayıtmaq istəyirəm”.

0
0