“Heç nədən rəqibə qol hədiyyə etdik”
08.10.2012 - 17:29
“Futbolçularıma meydanın mərkəzini ələ keçirməyi tapşırmışdım. Lakin oyunçularım bu tapşırığın öhdəsindən gələ bilmədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Turan”ın baş məşqçisi Əsgər Abdullayev deyib.
Təcrübəli mütəxəssis Topaz Premyer Liqasının “Neftçi” ilə oyunundakı 1:2 hesablı məğlubiyyətə şərh verib: “İlk yarıda qol imkanlarımız olsa da yararlana bilmədik. Artıq neçənci dəfədir ki. Heç nədən rəqibə qol hədiyyə edirik. Bu dəfə də belə qoldan sonra komanda sındı. Həmin qoldan sonra öz oyununu itirən komanda tapşırıqları da yerinə yetirə bilmədi. Hələ çox çalışmalıyıq ki, çatışmazlıqları aradan qaldıraq”.

0
0