“Bunu layiq olduğumuz oyunla əldə etdik”
08.10.2012 - 18:00
“Bunu layiq olduğumuz oyunla əldə etdik”
“Biz hələlik ilkin vəzifəni yerinə yetirmişik. Qarşımızda isə daha böyük vəzifə durub”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Almaniya yığmasının futbolçusu Vibke Meyster deyib.

O, Azərbaycanda keçirilən dünya çempionatının yarımfinal mərhələsi ərəfəsinə fikirlərini açıqlayıb: “Əminəm ki, biz daha yaxşı təsir bağışlayırıq. Əlbəttə ki, yarımfinala kimi irəliləmək çətin idi. Lakin biz bunu layiq olduğumuz oyunla əldə etdik”.