“Fikirləşirlər ki, bizdən yaxşısı yoxdu”
08.10.2012 - 21:20
“Fikirləşirlər ki, bizdən yaxşısı yoxdu”
“Dmitri Nazarovun millimizə dəvət olunmasından xəbərdaram. Yazırlar ki, III divizionda oynayır. Məşqçilərimiz onu da dəvət edib, baxışdan keçirirlər”. Bu fikirləri apasport.az saytına açıqlamasında AFFA-nın İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev deyib.

72 yaşlı mütəxəssis vaxtilə baş məşqçisi olduğu milli komandamıza əslən Qazaxıstandan olan, Almaniyanın “Prussen Münster” klubunun futbolçusu Dmitri Nazarovun baxışa çağırılmağına münasibət bildirib.

Tuayev 22 yaşlı hücumçunun III Bundesliqada çıxış etdiyi üçün haqqında tələsik fikir yürütməyi düzgün saymır: “Yığmamızın məşqçiləri mütləq hardasa futbolçu axtarıb tapmalıdır. Bunsuz olmaz. Nazarov da gənc futbolçudur. Yığmanı gücləndirmək üçün nəsə dəyişiklik etmək lazımdır. Elə olmaz ki, daim həminki futbolçular oynasınlar. Belə olanda, fikirləşirlər ki, bizdən yaxşısı yoxdur. Ancaq belə olmaz. Heyəti bir az dəyişməyə başlayanda, həmişə yaxşı olur, mütləq fayda gəlir”.

Mehman SÜLEYMANOV