Rəşad Sadıqov: 35 metrdən “doqquz”luğa düşürlər...
08.10.2012 - 23:00
Rəşad Sadıqov: 35 metrdən  “doqquz”luğa düşürlər...
“Çempionatda çox dəyişikliklər, xal itkiləri olacaq. Oyunlar da bunu göstərir. Gəncədə qazandığımız 1 xal qızıla bərabərdi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın klubunun futbolçusu Rəşad Sadıqov deyib.

Topaz Premyer Liqasının hesabat turunda “Kəpəz”lə səfər matçından bərabərliklə ayrılan “Qarabağ” artıq 7 xal itirib. Sadıqovun fikrincə, qol vurmaqda bəzi problemlərlə üzləşirlər: Son iki oyundakı heç-heçənin bizə faydası olacaq. Hər ikisində qol imkanlarımız qələbəyə layiq olduğumuzu göstərdi. Ancaq vurduğumuz top tora daxil olmur. Başqaları 35 metrdən “doqquz”luğu nişan alır, amma biz 3-5 metrdən qapıya düşə bilmirik”.