Dünya çempionatının finalçıları bəlli oldu
09.10.2012 - 20:48
Dünya çempionatının finalçıları bəlli oldu
Bu gün 17 yaşadək qızlar arasında dünya çempionatında yarımfinal oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycanda keçirilən mundialın finalı ərəfəsindəki son addımlar 8-ci km qəsəbə stadionunda atılıb.

Əvvəl meydana Fransa və Qana yığmaları çıxıb. İlk dəfə bu turnirin yarımfinalına yüksələn rəqiblər 1-ci cəhddən həlledici görüşə çıxmağa çalışıb. Bu cəhd avropalılar üçün uğurlu olub. Belə ki, fransalı hücumçu Kadidiatu Diani hər hissədə bir 1 qol vuraraq, etdiyi dublla yığmasını tarixində ilk dəfə finala çıxarıb. Afrika tarixinə ilk yarımfinala çıxan komanda kimi düşən qanalılar isə son 2 oyunda Qambiya və Nigeriyanı məyus edən avropalılardan bunun qısasını ala bilməyib.

Digər finalçı isə Almaniya və KXDR arasında oyunda bəlli olub. Asiya təmsilçisi bu qarşılaşmada 2:1 hesablı qələbə qazanmaqla, həlledici qarşılaşmaya yüksəlib.


17 yaşadək qızlar arasında dünya çempionatı
Yarımfinal

9 oktyabr

Fransa – Qana - 2:0
QOLLAR: Diani, 31, 89
Baş hakim: Kardella Samuels (Yamayka)
Bakı. 8-ci km qəsəbə stadionu

FRANSA: 2. Romane Bruneu, 4. Aissatou Tounkara, 5. Qrije Mbok Bati, 7. Lea Deklerq, 9. Kadidiatu Diani, 10. Sandi Toletti (k), 13. Marion Romanelli, 14. Qoutiya Karçou, 15. Noumi Karac, 19. Juliana Qathrat, 20. Delfin Kaskarino

QANA: 16. Viktoriya Aqye, 2. Naomi Anima, 3. Ceyn Ayeyam, 5. Lili Niber-Laurens, 6. Ellen Koleman, 7. Şerifatu Sumayla, 9. Alberta Ahali, 11. Vida Opoku, 14. Priskilla Okyere (k), 18. Reqina Antvi, 20. Fatimə Əlhəssən

KXDR – Almaniya - 2:1
QOLLAR: Kim So Hyanq, 39; 47 - Rebekka Knaak, 59
Baş hakim: Klaudiya Umpyerres (Uruqvay)
Bakı. 8-ci km qəsəbə stadionu

KXDR: Rim Yonq Xva, Ço Sol Qeonq, Kim Xonq Mi, Ço Yun Qeonq, Ri Xyunq Sim, Ri Un Sim, Kim Pxenq Xva, Yon So Yon, Ço Çunq Bok, Ri Un Yonq, Kim So Xyunq.

ALMANİYA: Merle Froms, Lena Luekel, Darya Strenq, Vivyen Beyl, Tereza Panfil, Rixarda Kesslinq, Sara Daebrts, Fransiska Yaser , Vibke Meyster, Yoxanna Tetqe, Rebekka Knaak.

Qeyd edək ki, dünya çempionatında son 2 oyun oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qana və Almaniya arasında 3-cü yer uğrunda oyun saat 17:00-da, KXDR-lə Fransanın final matçı saat 20:00-da başlayacaq.