Georgi Popxadze Finlandiya və Belarusa qarşı
09.10.2012 - 08:39
“Bakı”nın futbolçusu DÇ-2014-ün seçmə mərhələ oyunlarında iştirak etmək üçün Gürcüstan milli komandasının düşərgəsinə dəvət olunub. Apasport.az saytının məlumatına görə, bu, paytaxt klubunun müdafiəçisi George Popxadzedir. O, Gürcüstan yığması oktyabrın 12-də Finlandiya, 16-da isə Belarusla oyunlarına çağırılıb. Bu qarşılaşmaların hər ikisi səfərdə keçirəcəklər.
0
0