Azərbaycan çempionunun Sloveniya sınağı
09.10.2012 - 09:54
Azərbaycan çempionunun Sloveniya sınağı
Sabah futzal üzrə UEFA kubokunun elit-raunduna start veriləcək. Apasport.az saytının məlumatına görə, Avropanın 16 ən güclü klubu “Dördlər finalı”na vəsiqələr uğrunda mübarizəyə başlayacaq. Bu iddiaçılar sırasında Azərbaycan çempionu “Araz” da yer alıb.

A qrupunda mübarizə aparacaq Naxçıvan təmsilçisi Sloveniyada çıxış edəcək. Braziliyalı mütəxəssis Joze Alesio da Silvanın yetirmələri həlledici mərhələyə yeganə vəsiqə üçün İspaniyanın “Barselona”, Xorvatiyanın “Split” və Sloveniyada “Litija” ilə qüvvəsini sınayacaq.

İlk oyununa sabah çıxacaq “Araz” meydan sahibləri ilə görüşəcək. Laşko şəhərindəki idman kompleksində baş tutacaq yarışın 2-ci günündə naxçıvanlılar UEFA kubokunun son qalibi “Barselona” qarşısında imtahan verəcək.

1 günlük istirahətdən sonra, yəni oktyabrın 13-də isə turnirin son turunun oyunları keçiriləcək. Həmin gün naxçıvanlılar “Split”lə görüşəcək. Tarixi ərzində 1 dəfə “Dördlər finalı”nda oynamış təmsilçimiz 2-ci dəfə eyni uğuru təkrarlamaq üçün mütləq 1-ci olmalıdır.

10 oktyabr
21:00. “Barselona” – “Split”
23:30. “Litija” – “Araz”

11 oktyabr
21:00. “Araz” – “Barselona”
23:30. “Litija” – “Split”

13 oktyabr
21:00. “Araz” – “Split”
23:30. “Litija” – “Barselona”