“Barselona”nın yeganə qənimi
09.10.2012 - 10:45
Sabah UEFA elit-raundunda mübarizəyə başlayacaq Naxçıvanın “Araz” klubu turnirin son qalibi “Barselona”nın tarixinə düşən komandadır. Apasport.az saytının məlumatına görə, ötən il olduğu kimi, yenə İspaniya təmsilçisi ilə görüşəcək Azərbaycan çempionu katalonlara qənim kəsilən tək komandadır.
Belə ki, Sloveniyada mübarizə aparacaq A qrupunun oyunlarının II turunda Joze Alesio da Silvanın yetirmələri ilə qarşılaşacaq “Barselona”nı Avropada yalnız “Araz” büdrədib. Məsələ ondadır ki, avrokuboklar tarixində 8 oyun keçirən ispaniyalılar bunların 7-də qalib gəlib. “Barselona”nın qələbəyə həsrət qaldığı yeganə oyun isə “Araz”a qarşı olub. Ötən mövsüm keçirilən həmin matç 2:2 hesabı isə başa çatıb.
2012-ci il noyabrın 20-dəki matçda “Araz”ın qollarını Rəcəb Fərəczadə 20-ci, Amadeu 36-cı dəqiqələrdə vurmuşdu. O vaxt ispaniyalılara Vilde 10-cu, Lozano 15-ci dəqiqədə qol sevinci bəxş etmişdi. Lakin “Araz”ın Çexiya “Xrudim”inə uduzması “Barselona”nın “Dördlər finalı”na yolunu açmışdı.

0
0