Yığmalarımız seytnotda!
09.10.2012 - 11:00
Azərbaycanın qadın futbolu növbəti sınaq qarşısındadı. Apasport.az saytının xəbərinə görə, hazırda 17 yaşadək qızlar arasında dünya çempionatına ev sahibliyi edən ölkəmizin xanım futbolçuları bu ay daha 2 məsul turnirə qatılmalıdılar. Amma milli komandalarımız şahmat dili ilə desək, seytnota düşüblər.
Belə ki, Azərbaycanda qadın futbolunun fəaliyyətinin dayandırılmasından sonra, cəmi 2 il əvvəl bu sahədə yenidən canlanma başladı. Almaniyalı baş məşqçi Sissi Raytın gəlişi ilə U-17 millisi formalaşdırıldı və ölkəmizin qadın futbolundakı yeganə yığması oldu. Bir müddət əvvəl dünya çempionatında çıxışını başa vuran yığma indi növbəti sınaq qarşısındadır. Maraqlıdı, hansı sınaq?
Ölkəmizdə cəmi bir yığma – U-17 mövcud olsa da, bu ay həm U-17, həm də U-19-lar arasında Avropa çempionatının seçmə oyunları keçirilməlidi. Mundialda oynamış millimizin cəmi 11 gündən sonra başlayacaq U-19-ların yarışında oynaması mümkündür. Bəs bundan dərhal sonra start götürəcək U-17-lərin yarışında kim oynayacaq?
İndiyədək cəmi 1 komandamız hazırlıq keçib və həmin yığmanın ardıcıl 2 turnirdə oynaması mümkünsüz görünür. Üstəlik, U-19-un baş məşqçi postu hələ də boşdur.
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlunun sözlərinə görə, baş məşqçinin yarışa cəmi 11 gün qalmış müəyyənləşməsi problem deyil: “Hazırkı U-17-də yaşı çatanlar yenə U-17-də, digərləri U-19-da çıxış edəcəklər. Yeni komandanın baş məşqçi məsələsi isə bu gün təsdiqini tapacaq və saytımızda yerləşdiriləcək”.
U-19 (qızlar)
2012/13 (IX qrup)
20.10.2012 İsveç
22.10.2012 Rusiya
25.10.2012 Sloveniya
U-17 (qızlar)
2012/13 (VI qrup)
29.10.2012 Avstriya
31.10.2012 İsveç
03.11.2012 Xorvatiya

0
0