AFFA millimizin futbolçusunun cəzasını ləğv etdi
09.10.2012 - 11:47
Bu gün AFFA-nın İntizam Komitəsinin (İK) iclası keçirilib. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”, “Bakı” və “Kəpəz” Topaz Premyer Liqasının son turundakı oyunlarında 4 futbolçusu sarı vərəqə aldığı üçün hərəyə 1000 manat cərimələniblər. “Bakı” ilə səfər oyununun 43-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Rövşən Əmiraslanov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzaya, 200 manat cəriməyə məruz qalıb.
İK milli komandamızın da üzvü olan “Qarabağ”ın futbolçusu Rauf Əliyevin cəzasını ləğv edib. Belə ki, hücumçuya “Kəpəz”lə səfər oyunun 66-cı dəqiqəsində simulyasiyaya görə sarı vərəqə verilib. Lakin matçın videoyazısını izlədikdə baş hakim Elçin Məmmədovun epizodu düzgün qiymətləndirməməyi aşkar edilib. Bu səbəbdən də Raufa göstərilən sarı vərəqə ləğv olunub.
Mənbə: affa.az

0
0