Tribunadan hakimi söyən məşqçiyə ağır cəza
09.10.2012 - 11:53
Tribunadan hakimi söyən məşqçiyə ağır cəza
Qusarın “Şahdağ” klubunun baş məşqçisi Kamran Əlibabayev cəzalanıb. Apasport.az saytının məlumatına görə, 41 yaşlı çalışdırıcı Azərbaycan çempionatının I divizionunun V turunun “Qala” ilə oyunundakı hərəkəti üzündən 5 oyunluq cəzalanıb. AFFA-nın İntizam Komitəsinin çıxardığı qərara əsasən oyun zamanı tribunadan hakimləri və matçın hakim-ispektorunu təhqir edən məşqçi komandasını 500 manat ziyana salıb.

Komitə bugünkü yığıncağında futzal üzrə ölkə çempionatının 2 oyunu ilə bağlı da qərar verib. Güclülər dəstəsinin “Qarabağ veteranları” ilə oyununda “Acecolab”, həvəskarlar liqasının İTV ilə qarşılaşmasında “Zəfəran” iştirak etmədiyi üçün onlara 0:5 hesablı texniki məğlubiyyət verilib.

Mənbə: affa.az