Avrokuboklarda tarixi oyun
09.10.2012 - 13:10
Sabah UEFA kubokunun elit-raundunda keçiriləcək “Litija” – “Araz” oyunu Azərbaycan futzalı tarixinə düşəcək. Aapsport.az saytının məlumatına görə, bu matç təmsilçilərimizin qitə arenasında yubiley – 50-ci matçı olacaq.
UEFA kubokunda 2001-ci ildə “Turan AİR” ilə debüt edən ölkəmizi daha 2 komanda “AMMK-Azərcell” və “Araz” təmsil edib. Bu 3 klub ümumilikdə 49 oyunda 24 qələbə qazanıb, 10 heç-heçə edib və 15 dəfə məğlub olub. UEFA kubokundakı top fərqi 184-136-dır.

0
0