Dmitri Nazarov milliyə lazım olmadı
09.10.2012 - 14:55
Dmitri Nazarov milliyə lazım olmadı
Almaniyanın "Preussen Munster" klubunun üzvü Dmitri Nazarov Azərbaycan yığmasının təlim-məşq toplanışında iştirak etməyəcək. Apasport.az saytının məlumatına görə, buna səbəb onun zədəli olmasıdır.

Baxış üçün komandamızın Bakıda keçirilən toplanışına dəvət olunmuş hücumçu oktyabrın 10-dan etibarən millinin hazırlıq prosesinə qatılmayacaq.

Qeyd edək ki, Nazarov oktyabrın 8-də yığmaya qoşulmuşdu.

Mənbə: affa.az