“Neftçi”nin rəqibi heyətini gücləndirir
09.10.2012 - 15:49
Avropa Liqasının qrup mərhələsində “Neftçi”nin rəqibi olan “İnter” heyətini gücləndirməyi planlaşdırır. Apasport.az saytının məlumatına görə, Milan klubu Dortmund “Borussiya”sının futbolçusu Patrik Hermannla maraqlanır.
“Neradzurra”nın baş məşqçisi Andrea Stramaççoni almaniyalı yarımmüdafiəçinin oyun tərzini bəyənir və onu mümkün qədər tez sərəncamında görmək istəyir.
Qeyd edək ki, Hermannın “Borussiya” ilə 2015-ci ilədək müqaviləsi var.

0
0