Rusiya yığması mükafatlandırılır
09.10.2012 - 16:51
Rusiya yığması mükafatlandırılır
Rusiya futbolçuları 2014-cü il dünya çempionatının seçmə mərhələsində Portuqaliya və Azərbaycan yığmaları ilə oyunlara kimi mükafatlarını alacaqlar. Apasport.az saytı xəbər verir ki, Rusiya Futbol İttifaqı millinin oyunçularının və məşqçilərinin Avro-2012-də çıxışa görə almalı olduqları pullarla bağlı məsələni oktyabrın 10-da kimi həll edəcəyini açıqlayıb.

Hazırda məbləğin böyük hissəsi verilib, sabaha kimi isə bu, tam ödəniləcək. Futbolçulara Çexiya üzərində qələbəyə görə 30, Polşa ilə bərabərliyə görə 15 min avro mükafat nəzərdə tutulub. Bu isə hər futbolçunun 45 min avro alacağı deməkdir.

Qeyd edək ki, rusiyalılar Portuqaliyanı oktyabrın 12-də, Azərbaycanı 16-da qəbul edəcək.