Cavid Hüseynov: Biz də yerimizdə saymırıq
09.10.2012 - 23:01
“Peşəkar futbolçu kimi vəziyyəti yaxşı başa düşürəm. İki dəfə oynamadımsa, bundan nəticə çıxartmalıyam”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının futbolçusu Cavid Hüseynov deyib.
Türkiyənin “Adana Dəmirspor” klubunun yarımmüdafiəçisi milli komandamızın 2014-cü il dünya çempionatının seçmə mərhələsində İsrail və Portuqaliya yığmaları ilə oyunlarında ehtiyatda qalıb.
Klubunda son oyunlarda da şans qazanmayan Cavid millimizin Rusiya ilə oktyabrın 16-da Moskvada keçirəcəyi matça çağırılsa da, yenə meydana çıxmaya bilər: “Əsas məsələ yığmada yaxşı çıxış eləməkdir. Məşqlərdə hər şey normaldır. Ancaq Moskvada kimin oynayıb-oynamayacağını indidən heç kəs deyə bilməz axı”.
Hüseynov qüvvələr nisbətini belə dəyərləndirib: “Razıyam ki, Rusiya yığması Fabio Kapello gələndən sonra daha da güclənib. Ancaq etiraf edək ki, biz də yerimizdə oturmuruq, yerimizdə saymırıq. İnşallah, Moskvaya xal qazanmağa gedirik. Allahın köməyi ilə yaxşı olar”.
Mehman SÜLEYMANOV

0
0