“Futbolu nəyisə sübut etmək üçün yox, zövq alaraq oynayıram”
09.10.2012 - 23:36
“Futbolu nəyisə sübut etmək üçün yox, zövq alaraq oynayıram”
"Real"ın türk əsilli alman futbolçusu Məsut Özil mətbuatda özü ilə bağlı yayılan bəzi məqamlara aydınlıq gətirib. Apasport.az saytının xəbərinə görə istedadlı yarımmüdafiəçi komandada xoşbəxt olmadığı barədə çıxan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib: "Mətbuatı qəti şəkildə qınayıram. Mən "Real"da qalmaq istəyirəm, tənqidə ehtiyacım yoxdu. Futbolu nəyisə sübut etmək üçün yox, zövq alaraq oynayıram".

Özil eyni zamanda transferi ilə bağlı çıxan xəbərlərə də münasibət bildirib: "Haqqımda "Mançester Yunayted"ə keçəcəyim barədə xəbərlər yayılır. Hansı əsasla? "Real" kimi bir klubda oynayıramsa, başqa şeylər düşünmürəm. Buradan ayrılmaq üçün heç bir səbəbim yoxdu. Uzun illər İspaniyada qalacam".

24 yaşlı Məsut 2010-cu ildə "Verder"dən "Real"a transfer olunub.