“Simurq” yenə Gürcüstana gedir
09.10.2012 - 23:43
“Simurq” yenə Gürcüstana gedir
Cari mövsümün geridə qalan 8 turunun ən uğurlu komandası "Simurq"da fasilə başa çatıb. Apasport.az saytının xəbərinə görə, gürcüstanlı Georgi Çixradzenin rəhbərlik etdiyi komanda dünən yenidən bir araya gəlib.

Komanda axşam saatlarında bir araya gəlib və bugündən etibarən hazırlığını bərpa edib. Eyni zamanda, turnir cədvəlinin lideri yoxlama oyunu keçirməyi düşünür.

Belə ki, Çixradze komandasını vətəninə aparmağı düşünür. İlkin ehtimal olaraq, komanda oktyabrın 15-də Gürcüstanda məşhur "Dinamo" klubu ilə qarşılaşacaq. Bu məsələ artıq 90 faiz həllini tapıb. Amma son anda rəqib dəyişikliyi də baş verə bilər.