Əvvəl “Xəzər Lənkəran”ın tarixinə düşdü, sonra özü tarix yazdı
10.10.2012 - 08:48
“Xəzər Lənkəran”ı bu yay Avroliqada mübarizədən kənarlaşdırdığı Estoniyanın “Nomme Kalyu” klubu mövsümü uğurla başa vurub. Apasport.az saytının məlumatına görə, komanda “Kuressaere” ilə II turdan təxirə salınan oyunda qazandığı qələbə ilə çempionluğu təmin edib. Bununla Tallin təmsilçisi tarixində ilk dəfə çempion olub və 5 il öncə prezidenti Kuno Texvaya verdiyi vədi əməl edib.
O, möhtəşəm emosiyalar keçirdiyini bildirib: “Bu anı son 5 ildə gözləyirdim. Onda komanda qarşısında belə məqsəd qoymuşdum. Bunun reallaşmağı yolunda hər birimiz nəyisə qurban verdik və özümüzü ümumi işə cəmləşdirdik”.
Qeyd edək ki, “Nomme Kalyu” “Xəzər Lənkəran”ın 8 illik tarixində avrokuboklarda ilk və hələ ki yeganə məğlub etdiyi komanda kimi düşüb. Bu, Tallində 0:2 hesabı ilə uduzduğu cavab oyununda olub. Lənkəranlıların rəqibi ilə I təsnifat mərhələsində evdə keçirdikləri ilk matç 2:2 hesabı ilə nəticələnib.

0
0