“Barselona” “Araz”ı rahat keçdi
11.10.2012 - 21:19
“Barselona” “Araz”ı rahat keçdi
Futzal üzrə UEFA kubokunun elit-raundunda II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Avropanın 16 ən güclü klubu arasında yer alıb, “Dördlər finalı”na vəsiqələr uğrunda mübarizə aparan Azərbaycan çempionu “Araz” həlledici görüşünə çıxıb.

Naxçıvan təmsilçisi qrupun aşkar favoriti “Barselona” ilə qarşılaşıb. İlk turda 18:0 hesablı qələbə qazanan ispanlar “Araz”a da divan tutub. Komandamızı 7:1 hesabıyla darmadağın edən katalonlar qrup qalibi kimi mövqeyini möhkəmlədib. “Litija”nın ardınca “Barsa”ya da uduzan “Araz” isə “Dördlər finalı”na vəsiqə qazana bilməyib.


11 oktyabr
“Araz” – “Barselona” - 1:7
QOLLAR: Məmmədkərimov, 14 - Fernandao, 25; Fərzəliyev, 3 (avtoqol); Aikardo, 5; 15; Lin, 7; Torras, 28; Vilde, 38