“Qələbə naminə meydanda başımızdan keçdik” – MÜSAHİBƏ
11.10.2012 - 11:22
“Qələbə naminə meydanda başımızdan keçdik” – MÜSAHİBƏ
“Araz”ın UEFA kubokunun elit-raundunda ilk rəqibi olmuş “Litija” klubunun futzalçısı Alen Fetiç Sloveniya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, komandasının 5:3 hesablı qələbə qazandığı oyunda vurduğu 3 qolla het-trik edən hücumçu bununla da matçın qəhrəmanı sayılıb.

- “Araz”la görüşü necə dəyərləndirərdiniz?
- Bildiyiniz kimi, fasiləyə hesabda 0:3 geridə yollandıq. Paltardəyişmə otağında söz verdik ki, ikinci hissədə qalib gəlməliyik.

- İkinci yarıda komandanız 5 qol vurub, qələbə qazandı. Belə çətin vəzifəni necə yerinə yetirdiniz?
- Fasilədə ciddi söhbətimiz oldu. Bunun nəticəsində tam fərqli oynadıq.

- Fasilədə nə baş verdi ki, komanda belə inamlı təsir bağışladı?
- İkinci hissəyə tam başqa “Litija” çıxdı. Bu, möcüzə deyildi, söhbətləşməyə vaxtımız oldu. Özümüzə dedik ki, oyun bizim üçün yeni başlayır.

- Uğurun əsas sirrini nədə görürsünüz?
- Mübarizlik və qələbə istəyimiz böyük idi. Biz qələbə naminə meydanda başımızdan keçdik.

- Qollardan üçünü siz vurduğunuzdan, qələbədə əsas pay sahibi oldunuz...
- Əsas komandanın qələbəsidir. Mənim fərqlənməyim vacib deyil. Belə əzmkarlıq göstərib, nəticədə qazandığımız qələbəyə görə şadam.

- Növbəti oyunlar və rəqiblər haqda nə düşünürsünüz?
- “Split”lə üzləşəcəyik və həmin matçda qalib gəlməyə hazırlaşırıq. “Barselona”nın “Split”lə oyununa baxdıq. İspanlar amansız idi, rəqibə 18 qol vurdular. Bilirik ki, “Barselona” çox güclüdür və oyunla oyunumuzun çətin olacağını yaxşı dərk edirik. Onların oyunçuları əsl peşəkardırlar. Ancaq “Barselona” bizi qorxutmur. Növbəti rəqibimiz “Split” olduğundan, hələlik onu düşünürük. Bundan sonra “Barselona” ilə matç haqda fikirləşəcəyik.