Ruslan Abışov: Qızıl boyunbağı mənim üçün hər şeydən qiymətlidi - MÜSAHİBƏ
11.10.2012 - 11:57
“Xəzər Lənkəran” klubunun müdafiəçisi Ruslan Abışovun apasport.az saytına müsahibəsi
- Ötən mövsümün ən yaxşı müdafiəçisi seçildiniz. Təəssüratlarınız necədir?
- Bu, ad günüm üçün ən yaxşı hədiyyə oldu. Düzdür, bu ardıcıl ikinci uğurumdur. Ölkəmizdə bu ada layiq güclü müdafiəçilər var və özümü də onlardan biri hesab edirdim. Qazandığım bu uğurda “Neftçi” üzvlərinin əməyi böyükdü. Onların sayəsində qazandığım uğuru onlara da ərməğan edirəm.
- Bəs bu nominasiyada siz kimi fərqləndirərdiniz?
- Səsvermədə iştirak edənlərə minnətdaram. Artıq seçim edilib və fikir bildirməyim düzgün olmazdı.
- Hansı müdafiəçinin çıxışını bəyənirsiniz?
- İqor Mitreski, Elnur Allahverdiyev kimi yaxşı müdafiəçilər var. Çalışacam ki, “Xəzər Lənkəran”da uğurlu mövsüm keçirib, bu ada yenidən layiq görülüm.
- Nəticələr açıqlanmazdan öncə həyəcanlı idiniz?
- Əlbəttə, budəfəki atmosfer daha fərqli idi. Həyəcanlı olmağım normal haldı. Titul qazanan futbolçu həyəcanı həmişə hiss etməlidi.
- Sabiq komandanız “Neftçi” Avropa Liqasının qrup mərhələsində mübarizə aparır. Bu cür atmosferin iştirakçısı olmadığınız üçün hardasa peşmançılıq çəkmirsiz?
- Hər şey keçmişdə qaldı. “Neftçi”yə Avropa Liqasının oyunlarında uğurlar arzulayıram. Bütün planlarım isə “Xəzər Lənkəran”la bağlıdır. Bu komanda ilə çempion olub, Çempionlar Liqasında iştirak etmək istəyirəm.
- Ad gününüzdə sizi yada salan və hədiyyə alan oldumu?
- Təbii ki, təbriklər çox oldu. Ən önəmlisi isə anamın təbriki və hədiyyəsi idi. İndi aldığım mükafatsa ikiqat hədiyyə oldu.
- Ananız nə hədiyyə edib ki?
- Qızıl boyunbağı, bu, mənim üçün hər şeydən qiymətlidi.
- Milli komanda gələn həftə Rusiya ilə qarşılaşacaq. Yığmadan hansı nəticə gözləyək?
- Hazırlığımız yüksək səviyyədə keçir. Yeganə problem matçın keçiriləcəyi meydanın süni örtüklü olmasıdır. Hər bir şeyə hazır olmalıyıq. Rusiya güclü və qrupun favorit komandalarından biridir. Ancaq inanıram ki, Moskvadan ən azı bir xalla dönəcəyik.
- Müdafiədə ciddi problemlər var. Ufuk Budaq və Elnur Allahverdiyevin yoxluğundan sol cinahda kimin yer alacağı bilinmir. Üstəlik, kapitan Rəşad Sadıqov da zədəlidi...
- Oyun günü hər şey dəqiqləşəcək. Baş məşqçi yəqin ki, dəyişikliklər edəcək.
- Berti Foqts deyib ki, futbolçular bir neçə məşqdən sonra yorğun görünürlər. Bunun səbəbini nə ilə izah edərdiz?
- Onun fikirlərinə hörmətlə yanaşıram. Amma şəxsən mən yorğun deyiləm. Əsas odur ki, futbolçu özünü yaxşı nəticəyə inandırsın.
- Ötən yay xarici klublardan birinə keçmək şansınız olsa da, sonda seçimi “Xəzər Lənkəran”ın xeyrinə etdiniz...
- Ölkə xaricinə yollanmaqla bağlı ümidimi itirməmişəm. “Xəzər Lənkəran”la müqaviləmdə müəyyən şərtlər var. Çox istəyirəm ki, Azərbaycandan gedim. Amma müəyyən problemlər ortaya çıxır və gedişim alınmır.
- “Xəzər Lənkəran”ın eniş yaşaması nə ilə bağlıdır?
- Hər bir klubda belə dövr olur. Vaxt keçdikcə hər şey qaydasına düşəcək. Kamran Ağayevin də komandaya dönüşü əlavə stimul oldu. İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edəcəyik və “Xəzər Lənkəran” layiq olduğu yerə yüksələcək.

0
0