“Xəzər Lənkəran” Bakını tərk etdi
11.10.2012 - 14:00
“Xəzər Lənkəran” Bakını tərk etdi
Neçə vaxtdır Bakıda məskunlaşan "Xəzər Lənkəran" bu gün artıq doğma diyara yola düşüb. Apasport.az saytının məlumatına görə, komanda bu gün 10:00-da qaldığı "Happy İnn" otelini tərk edərək Lənkərana yollanıb.

Yunis Hüseynovun yetirmələri bu gün axşam uzun fasilədən sonra doğma stadionda ilk məşqinə çıxacaq. Sabahdan isə "Xəzər Lənkəran" əvvəllər olduğu kimi gündə 2 dəfə məşqə edərək Topaz Premyer Liqasının IX turu çərçivəsində oktyabrın 21-də baş tutacaq "Qəbələ" ilə görüşə hazırlaşacaq.

Mənbə: lankaranfc.com