“Şəfa” şəfa tapdı
11.10.2012 - 14:14
“Şəfa” şəfa tapdı
FİFA-nın Stadionların Sertifikatlaşdırılması üzrə Komissiyası (SSK) Azərbaycanın daha bir stadionuna beynəlxalq oyunları keçirməyə imkan yaradıb.Apasport.az saytının məlumatına görə, SSK beynəlxalq dərəcəli oyunlar keçirmək üçün “Şəfa” stadionuna sertifikat təqdim edib. FİFA-nın prezidenti Yozef Blatterin də imzaladığı sənəd arenaya 2 ulduzun verildiyini təsdiqləyir. Sertifikat sentyabrın 17-dən qüvvəyə minir və 2013-cü il sentyabrın 16-dək qüvvədə olacaq.

Beləliklə, “İnter” avrokuboklara çıxacağı halda ev oyunlarını doğma stadionda keçirə biləcək.