“Simurq” Tiflis “Dinamo”su ilə görüşəcək
11.10.2012 - 14:48
Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsindəki oyunu ilə bağlı Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Simurq” oktyabrın 13-də Gürcüstana səfər edəcək. Apasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisi oyun praktikasını itirməmək üçün qonşu ölkədə yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
Tiflis "Dinamo"su ilə baş tutacaq matç oktyabrın 14-də saat 15:00-da start götürəcək. Bir gün sonra isə “sarı-qaralar” yenidən Zaqatalaya qayıdıb hazırlıqlarını davam etdirəcək.
Qeyd edək ki, "Simurq" Topaz Premyer Liqasının IX turunda Bakının "İnter" klubu ilə üz-üzə gələcək. Oyun oktyabrın 20-də "Şəfa" stadionunda keçiriləcək

0
0