“Atletiko” nümayəndələrinə Bakıda nə göstərdilər?
11.10.2012 - 14:57
“Bakı”nın dəvəti ilə Azərbaycana gələn İspaniyanın məşhur “Atletiko” komandasının nümayəndələri təmsilçimizin Biləcəridəki bazası ilə tanış olublar. Apasport.az saytının məlumatına görə, madridli qonaqlar baza ilə paralel istiqamətdə inşa olunan yeni idman mərkəzini də gəziblər. Söhbət bazadan kənarda klub üçün yeni inşa olunan meydançaların olduğu ərazidən gedir.
Cəmi 2 ay əvvəl inşası başlanan ərazidə 4 futbol meydançası var. Bunlardan ikisi artıq tam hazırdır. Hətta Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatının 16 iştirakçısı ümumilikdə 63 dəfə məşq üçün bu meydanlardan yararlanıb. Final və III yer uğrunda qarşılaşmanın iştirakçıları da matça burada hazırlaşır.
Digər 2 meydan isə 2 aya hazır olmalıdır. İspaniyalıların hazırladığı bu meydançalar beynəlxalq tələblərə cavab verir və təbii ot örtüyünə malikdir. Örtüyün altında quraşdırılan istilik sistemi qar yağdığı halda belə, cəmi 15 dəqiqəyə arenanı məşq üçün normal vəziyyətə gətirəcək.

0
0