“Neftçi”nin rəqibi Migeli istəyir
11.10.2012 - 15:53
“Neftçi”nin rəqibi Migeli istəyir
“Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan “Rubin” heyətini gücləndirmək niyyətindədir. Apasport.az saytının Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Kazan təmsilçisi Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer almış Portuqaliya millisinin sabiq futbolçusu Migel ilə danışıqlar aparır.

32 yaşlı müdafiəçi “Valensiya”dan ayrıldıqdan sonra azad agent statusu daşıyır.

Qeyd edək ki, Migel Portuqaliya yığmasının heyətində 59 oyuna çıxıb.