18 skandinaviyalı qız yığmamıza qarşı
11.10.2012 - 15:55
18 skandinaviyalı qız yığmamıza qarşı
19 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan İsveç yığmasının heyəti açıqlayıb. Apasport.az saytının məlumatına görə, skandinaviyalıların baş məşqçisi Kalle Barrlinq oktyabrın 20-25-də Rusiyada keçiriləcək qrup oyunlarına 18 futbolçu dəvət edib.

Bu oyunçular Azərbaycan, Rusiya və Sloveniya ilə qarşılaşmalarda meydana çıxacaq: Luiza Hoqrell, Maya Olsson, Maya Andersson, Aleksandra Benediktsson, Elin Berqkvist, Elin Braqnum, Ellen Karlsson, Elis Nilsson, Fanni Andersson, Sofiya Anker-Kofoed, Mariya Banusiç, Malin Diaz Pettersson, Paulin Hammarlund, İrma Helin, Lina Hurtiq, Nina Yakobsson, Mimmi Larsson, Culiya Uahlberq.

Qeyd edək ki, İsveç – Azərbaycan oyunu oktyabrın 22-də baş tutacaq.