“Barselona”nın ulduzu “Araz”a kömək etmir
11.10.2012 - 16:04
“Barselona”nın ulduzu “Araz”a kömək etmir
Futzal üzrə UEFA kubokunun elit-raundunda çıxış edən Azərbaycan çempionu “Araz” son transferlərindən olan Çikonun xidmətindən məhrum olub. Apasport.az saytının məlumatına görə, İspaniyanın “Barselona” klubunda məşhurlaşan ulduz Naxçıvan klubuna Sloveniya turnirində kömək etməyəcək.

Bu gün katalonlarla qarşılaşacaq təmsilçimizə sabiq “Barselona”lının köməyi zəruri olsa da, Çiko Sloveniyada yox, Braziliyadadır. Buna səbəb yaxınlarda futzalçının anasının vəfat etməsidir. Anasının ölümü ilə əlaqədar vətəninə yollanan ulduz sabiq komandası ilə oyunda da “Araz”ın düşərgəsində olmayacaq.

Qeyd edək ki, tam adı Fransisko de Karvalyo Nyaradi olan Çiko 2004-11-ci illərdə “Barselona”da çıxış edib. 32 yaşlı mərkəz yarımmüdafiəçisi 7 il şərəfini qoruduğu komandada “5” nömrəli formada çıxış edib.