Villi Sanyol Azərbaycana səfərinin səbəbini açıqladı
11.10.2012 - 16:48
Villi Sanyol Azərbaycana səfərinin səbəbini açıqladı
Fransa milli komandasının sabiq futbolçusu Villi Sanyol Azərbaycana gəlib. Apasport.az saytının məlumatına görə, 2006-cı ildə keçirilən dünya çempionatının gümüş mükafatçısı ölkəmizdə keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatının final matçını izləmək üçün Bakıya təşrif buyurub.

2000-09-cü illərdə Almaniya “Bavariya”sında oynaması ilə də tanınan Sanyol hazırda Fransanın aşağı yaş qrupları üzrə yığmalarının idman direktorudur. O, millisinin KXDR ilə final matçına baxmaq məqsədini gizlətməyib: “Azərbaycana ona görə gəlmişəm ki, finala çıxan qızlarımızı bu uğuru münasibətilə təbrik edim. Bütün futbolçulara və məşqçilər korpusunu təbrik edib, çəkdikləri əziyyət üçün təşəkkür edirəm. Onların son 3 həftədə etdikləri böyük nailiyyətdir”.