“Bakı”nın 4 futbolçusu Fransaya gedir
11.10.2012 - 17:11
“Bakı”nın 4 futbolçusu Fransaya gedir
“Bakı”nın 4 gənc futbolçusu Fransanın “Lans” klubunun futbol akademiyasına gedir. Apasport.az saytının məlumatına görə, bu, 2 klub arasında əməkdaşlıq çərçivəsində gerçəkləşəcək. Belə ki, bir müddət əvvəl ölkəmizə gələn Fransa futbolunun əfsanəsi Jan Pyer Papen nümayəndəsi olduğu “Lans” üçün 4 futbolçu seçib. Bunlar Ülvi Süleymanov, Azamat Qazayev, Valeh Seyidov və Etibar Sayilovdur. Onlar 3 il müddətində Fransa klubunun düşərgəsində olacaq.