“Qəbələ” rusiyalılara qalib gəldi
11.10.2012 - 17:27
“Qəbələ” Rusiyanın Sankt-Peterburq şəhərində 12 yaşa qədər futbolçular arasında keçirilən “Young Talents” turnirinə uğurlu start verib. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin ilk oyununda Rusiyanın “Oryol” klubu ilə qarşılaşan təmsilçimiz 2:1 hesabı ilə qalib gəlib.
Matç “Qəbələ”nin üstünlüyü şəraitində keçib. Hesab isə matçın 5-ci dəqiqəsində açılıb. Oyunu yüksək səviyyədə keçirən Orxan Abdullayev Samir Qurbanovun ötürməsini dəqiq tamamlayıb – 1:0. Hücumlarını səngitməyən komandamız 11-ci dəqiqədə hesab arasındakı fərqi ikiyə çatdırıb. Təbriz İsazadə fərdi ustalığı sayəsində topu uzaq məsafədən qapıçının başı üzərindən aşırmaqla baxımlı qola imza atıb – 2:0. Hamının ilk yarının final fitini gözlədiyi vaxtda - 15-ci dəqiqədə rəqib hesab arasındakı fərqi azaldıb – 2:1. İkinci hissədə tərəflərin fərqlənmək imkanları olsa da, hesab dəyişməyib və “Qəbələ” “Young Talents” turnirinə uğurlu start verib.

0
0