“Barselona”nın baş məşqçisi: Azərbaycan çempionu yaxşı komandadır
12.10.2012 - 08:56
“Barselona”nın baş məşqçisi: Azərbaycan çempionu yaxşı komandadır
“Araz” üzərində qələbə qazanmağımız çox vacib idi ki, bunu da bacardıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniyanın “Barselona” klubunun baş məşqçisi Mark Karmona deyib.

Kataloniyalı mütəxəssis UEFA kubokunun elit-raundunun II turunda keçirilən Azərbaycan çempionu “Araz”la matç haqda fikirlərini açıqlayıb. 7:1 hesablı qələbəyə baxmayaraq Karmona Azərbaycan çempionu haqda xoş sözlər deyib: “Azərbaycan çempionu yaxşı komandadır. Onların heyətində İspaniya çempionatında oynamış 2 futzalçı da var. Laşkodakı idman zalında ab-hava çox yaxşıdır Düşünürəm ki, “Litija” ilə həlledici qarşılaşmamız da yaxşı olacaq”.