FİFA ilin ən yaxşı məşqçisinə namizədlərin adlarını açıqladı
12.10.2012 - 10:00
FİFA ilin ən yaxşı məşqçilərinə namizədlərin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 33 nəfərlik siyahıda portuqaliyalı Joze Mourinyo (“Real”), şotlandiyalı Aleks Ferqyuson (“Mançester Yunayted”), ispaniyalılar - Visente del Boske (İspaniya yığması), Xosep Qvardiola (“Barselona”nın sabiq baş məşqçisi), italyanlar - Luçano Spaletti (“Zenit”), Roberto di Matteo (“Çelsi”), Françesko Qvidolin (“Udineze”), Roberto Mançini (“Mançester Siti”), Valter Matsarri, Çezare Prandelli (İtaliya yığması) var.
Oktyabrın 30-da siyahı 10 nəfərə kimi azaldılacaq. Noyabrın 30-da San-Pauluda keçiriləcək Kubok Konfederasiyasının püşkatmasından öncə mükafata namizəd olan 3 nəfərin açıqlanacaq. Mükafatlandırma mərasimi yanvarın 7-də Sürixdə keçiriləcək.

0
0