FİFA rəsmisi: AFFA-nı təbrik edirik
12.10.2012 - 11:30
FİFA rəsmisi: AFFA-nı təbrik edirik
“17 yaşadək qızlar arasında dünya çempionatı 2008-ci ildən başlayaraq geniş vüsət qazandı. Azərbaycanla yanaşı, Zambiya və Uruqvay kimi ölkələr bu yarışda ilk dəfə iştirak etdilər”. Apasport.az saytının məlumatına görə, bunu FİFA qadın yarışlarının rəhbəri Tatyana Haenni deyib.

O, Azərbaycanın 17 yaşadək qızlar arasında dünya çempionatının final mərhələsini keçirməklə böyük təcrübə qazandığını bildirib: “İştirakçıların keyfiyyət artıb. Misal üçün, Qana yığması yarımfinala kimi irəlilədi. Təşkilatçılıq yüksək səviyyədə idi. Buna görə AFFA-nı təbrik edirəm. Onlar işin öhdəsindən çox gözəl gəldilər. Bu, yaxşı irs oldu və bir neçə ildən sonra Azərbaycan yığması daha da uğurlu çıxış edəcək. Azərbaycanın belə turnirlərin keçirməklə bağlı təcrübə azlığından çoxlu müzakirələr apardıq. Yalnız Lənkərandakı stadion bizim üçün mürəkkəb oldu, müəyyən çətinliklər yaşadıq”.