“3-cü yeri tutmağımız tarixi hadisə olardı”
12.10.2012 - 12:02
“Bu, komandamız üçün böyük bir təcrübə idi. Çalışırıq ki, gənc qızlara təcrübəni aşılayaq, böyük uduz olsunlar”. Apasport.az saytının məlumatına görə, bu fikirləri 17 yaşadək qızlardan ibarət Qana yığmasının baş məşqçisi Mas-Du Dramani deyib.
Azərbaycanda keçirilən dünya çempionatında 3-cü yer uğrunda oynayacaq afrikalıları sabah Almaniya ilə sınaq gözləyir.
Dramani bildirib ki, Azərbaycandakı turnir Qana yığmasını inkişaf etdirməyə böyük imkanlar verdi: “Bu, bizim üçün tarixi uğurdur. Gözlənilənlərdən də çox irəlilədim və bu, bizə böyük sevinc bəxş elədi. Qanada cəmi 2 liqa var. Çempionat yaxşı deyilsə, oyunlar zəif keçirilsə, bu, yığmaya təsir edir. Liqanın yüksək səviyyədə keçirilməyi beynəlxalq oyunlarda daha yaxşı çıxış etməyə imkan verir. Afrikada Kamerun, Həbəşistan bu inkişafa qoşular. Nigeriyanın daha yaxşı çıxış edəcəyi gözlənilirdi. Ancaq digər tərəfdən, Nigeriyanın uduzduğu Fransa finala çıxdı. Gördüyümüz ki, güclü rəqibə uduzdu. Afrika qadın futbolunda inkişaf edir və gələcəkdə dünya çempionu olacaqlar”.
Baş məşqçi bürünc medal uğrunda şansları bərabər saydığını bildirib: “Biz psixoloji cəhətdən qızları yaxşı hazırlamağa çalışacağıq. Psixoloji təzyiqi aradan götürək, sadəcə, futbol oynamağa, həzz almağa gəlmişik. Almaniya hesablaşmalı olduğumuz rəqibdir. Dəfələrlə bu yarışlarda oynayıb. Ancaq bura gəlmişiksə, böyük təcrübə qazanmışıq. Qələbəyə böyük ümidliyik. 3-cü yeri tutmağımız tarixi hadisə olardı”.

0
0