“Araz” - yubiley matçında biabırçı məğlubiyyət
12.10.2012 - 12:03
Futzal üzrə Azərbaycan çempionu “Araz” özünün avrokuboklar tarixində ən böyük hesablı məğlubiyyətini alıb. Apasport.az saytının məlumatına görə, UEFA kubokunun elit-raundunun II turunda İspaniya təmsilçisi “Barselona”ya 1:7 hesabı ilə uduzan naxçıvanlılar indiyədək belə ağır yenilgi almamışdılar.
Belə ki, 2005-ci ildən UEFA kubokunda iştirak edən “Araz” keçirdiyi 40-cı oyunadək ən pis halda 3 top fərqilə uduzmuşdu. İndiyədək alınan 12 məğlubiyyətdən ikisi belə olmuşdu.
2007-ci il sentyabrın 10-da İtaliya “Luparense”se elə Bakıda 3:0 hesabı ilə qalib gəlmişdi. 2 il əvvəl Lissabonda keçirilən “Dördlər finalı”nın yarımfinalında isə İspaniya “İntervyu”su 5:2 hesabına sevinmişdi.
40-cı yubiley oyununda alınan 13-cü nəhs məğlubiyyət isə antirekordla əlamətdar olub. 6 top fərqilə qalib gələn “Barselona” təkbaşına “Luparense” və “İntervyu”nun bacardığının cəminə nail olub.

0
0