Əfran İsmayılov: Həm razıyam, həm narazı
12.10.2012 - 12:06
“Zədə əməliyyat olunan ayağımdadır. Lakin artıq ağrılarım xeyli azalıb. Amma risk etmək qorxuludur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun futbolçusu Əfran İsmayılov deyib.
Zədə səbəbindən millimizin DÇ-2014-ün Rusiya ilə oyununa hazırlaşan heyətindən kənarda qalan yarımmüdafiəçi klubun saytına açıqlama verib. O bildirib ki, toplanışda iştirak etsəydi, zədəsi daha da ağırlaşa bilərdi: “Ola bilsin gələn həftə Türkiyəyə yollandım. Orda 1 günlük müayinə olunacağam. Çalışacağam ki, ən qısa zamana hazır olum”.
İsmayılov Topaz Premyer Liqasının arxada qalan 8 turunu da dəyərləndirib: “Təbii ki, heç kim çempionatın belə maraqlı olacağını gözləmirdi. “Simurq”un lider olması, “Sumqayıt”ın iddialılar üzərindəki qələbələri maraqlı idi. Çempionatda fasilələr yaransa da, yarışa maraq azalmır. “Qarabağ”a gəlincə, mövqeyimizdən həm razıyam, həm də narazı. 2-ci yer hələlik pis olmasa da, daha çox xal toplaya bilərdik. Çempionluğa oynayan komanda mümkün qədər az xal itirməlidir. Amma hadisələrin axarı onu göstərir ki, belə oyunlar çox olacaq. Hər tur gözlənilməz nəticələr qeydə alına bilər. Hər oyundakı xalın belə əhəmiyyəti böyük olacaq. İnanıram ki, daha yaxşı nəticələrlə azarkeşlərimizi sevindirəcəyik”.

0
0