"Dünyanın 4 ən güclü komandası arasına düşmüşük"
12.10.2012 - 12:07
“Çox şadıq ki, Avropanın ən azı bir komandası - Fransa millisi finala çıxdı. Bu komandanı təbrik edirik. Ancaq biz də məyus deyilik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Almaniyanın 17 yaşadək qızlardan ibarət yığma komandasının baş məşqçisi Anuşka Bernhard deyib.
O, Azərbaycanda keçirilən dünya çempionatında finala çıxa bilməməklərinə görə üzülmədiklərini və Qana ilə sabahkı matçda qalib gəlib, bürünc medal qazanacaqlarını düşünür: “Hər halda, biz dünya çempionatının 4 ən güclü komandası arasına düşmüşük. Oyun keyfiyyətindən bir az narazıyıq. Daha yaxşı oynaya bilərdik. Ancaq böyük təcrübə qazandıq və bu, çox uğurlu nəticə oldu”.

0
0