“Koreyalıların zəif cəhətlərindən istifadə etməyə çalışacağıq”
12.10.2012 - 12:16
“Koreyalıların zəif cəhətlərindən istifadə etməyə çalışacağıq”
“Əlbəttə, finala çıxmağımız Fransada qadın futbolu inkişafının nəticəsidir. Ancaq bu, tək bununla bağlı deyil. Burada qeyd etmək lazımdır ki, Fransada qadın futbol akademiyası var. Onlar həftədə 5 dəfə məşq edirlər, ali təhsil diplomu alırlar. Bu da nəticəsini verir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Fransanın 17 yaşadək qızlardan ibarət yığma komandasının baş məşqçisi Quy Ferryer deyib. Azərbaycanda keçirilən dünya çempionatının finala çıxmaqla tarix yazan farnsalılar bu yaşda həlleddici oyuna çıxan ilk Avropa təmsilçisi oldu.

Bu gün keçirilən mətbuat konfransında Ferryerdən finala gedən yolda 3 Afrika təmsilçisi - Qambiya, Nigeriya, Qananı sıradan çıxarmaqları ilə bağlı sual verildi. Maraqlıdır ki, bunun arxasında Afrika ilə əlaqələri, sərəncamında Afrika mənşəli futbolçular olmağı durur: “Yox, dediyinizi qələbələrimizə heç bir aiddiyatı yoxdur. Qələbəmiz bununla bağlı deyil. Biz matçdan matça oyunumuzu daha yaxşılaşdırdıq, səviyyəmizi artırdıq. Təsadüfdən elə oldu ki, 3 Afrika komandası ilə oynadıq. Nigeriya ilə matçda sona 20 dəqiqəyə kimi uduzurduq və sonda penaltilərdə qalib gəldik. Bundan sonra 1 gün istirahətimiz yaxşı oldu. Heç bir oyun bizim üçün asan olmadı. Ancaq yaxşı hazırlığımız, Qambiyanı yenməyimiz digər qələbələrimizə böyük təkan oldu”.

Fransalı çalışdırıcı artıq bir dünya çempionu olan KXDR-lə sabahkı final oyunu haqda da fikirlərini bölüşüb: “Biz müdafiə prinsiplərinə riayət etmirik, hücum futbolu, daha aqressiv oynayırıq. Təbii ki, topa sahib olmada Şimali Koreya 1-dir. Onun güclü komanda olduğunu hələ qrupda mərhələsində gördük. Ancaq bizdə heç bir stress yoxdur. Rəqibimizi zəif, güclü tərəflərini bilirik və bundan istifadə etməyə çalışacağıq”