Millimizin Moskvada açıq məşqinin vaxtı dəqiqləşdi
12.10.2012 - 12:27
Millimizin Moskvada açıq məşqinin vaxtı dəqiqləşdi
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da, Moskvadakı "Lujniki" stadionunda keçiriləcək Rusiya - Azərbaycan oyunu ərəfəsində milli komandamızın açıq məşqi və baş məşqçi Berti Foqts mətbuat konfransı olacaq. Apasport.az saytının məlumatına görə, öncə oktyabrın 14-də 20:00-da yığmamız “Lujniki”nin 2-ci meydançasında ilk 15 dəqiqəsi açıq olan məşqə çıxacaq. Oktyabrın 15-də 13:00-da isə Berti Foqts "Golden Ring/Zolotoe Koltso" otelinin Vladimir zalında jurnalistlərin suallarını cavablandırmaq üçün onların önünə çıxacaq.