Azərbaycan kubokunun püşkü atıldı
12.10.2012 - 15:34
Azərbaycan kubokunun püşkü atıldı
2012/2013-cü il Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib. Apasport.az saytının xəbərinə görə, yarışda iştirak edəcək 21 komandanın rəqibləri məlum olub.

Premyer Liqanın 12, I divizionun 9 təmsilçisinin mübarizə aparacağı yarışın 1/16 final mərhələsində 10 komanda qüvvəsini sınayacaq. Oktyabrın 24-də baş tutacaq bu qarşılaşmalarda aşağı dəstə təmsilçiləri ilə yanaşı, “Kəpəz” də çıxış edəcək.

Bu mərhələnin 5 qalibi və digər Premyer Liqa təmsilçiləri isə 1/8 finalda üz-üzə gələcək. Artıq ilk 2 mərhələnin cütlərinin adına aydınlıq gəlib. 1/8 finalın qarşılaşmaları noyabrın 28-də baş tutacaq.

Əsasnaməyə görə, Azərbaycan kubokunun 1/4 finalınadək komandalar qalibi bir oyunda müəyyənləşdirəcək. 1/4 final mərhələsindən başlayaraq, cütün qalibi ev və səfər oyunlarında alınmış nəticələrə görə müəyyən ediləcək.

1/16 final
24 oktyabr


"Tərəqqi" - "Ağsu"
MOİK - "Bakılı"
"Qaradağ Lökbatan" - "Lokomotiv"
"Qala" - "Kəpəz"
"Şuşa" - "Neftçala"

1/8 final
28 noyabr


AZAL - "Simurq"
"Tərəqqi" - "Ağsu" cütünün qalibi - "Neftçi"
"Qəbələ" - "Qaradağ Lökbatan" - "Lokomotiv" cütünün qalibi
"Qala" - "Kəpəz" cütünün qalibi - "Qarabağ"
"Bakı" - "Sumqayıt"
"Bakılı" - MOİK cütünün qalibi - "İnter"
"Rəvan" - "Şuşa" - "Neftçala" cütünün qalibi
"Turan" - "Xəzər Lənkəran"