“Turan”a Tito Vilanova kimi məşqçi gətirəcəm” - MÜSAHİBƏ
12.10.2012 - 13:41
“Turan” klubunun baş məşqçisi Əfqan Talıbovun apasport.az saytına müsahibəsi
- “Turan”a baş məşqçi təyinatınız necə gerçəkləşdi?
- 1 gün əvvəl klub rəhbərliyi ilə görüşdük. Onlar konkret vəzifələri dedilər. Mən də razılaşdım.
- Qarşınıza hansı vəzifə qoyulub?
- Onlar daha çox o məqamdan narazıdır ki, komanda ev və səfərdə eyni cür oynayır. Səfərdə də uduzur, evdə də. Əvvəllər isə “Turan” öz meydanında rəqibləri üçün keçilməz olub. İndi də məhz belə komanda yaratmaq lazımdır. Təbii ki, ilk “altılığ”a da düşməyə çalışacağıq.
- İndiki heyətlə bu mümkündür?
- Düzdü, indiki heyətlə çox çətin olacaq. Lakin qış fasiləsinə qədər oyunçu gətirə bilmərik. Bu üzdən indiki futbolçularla yolumuza davam etməyə məcburuq. Nə qədər çətin olsa da, hər oyunda var qüvvəmizi qoyub, nəticə qazanmağa çalışacağıq. Gecə-gündüz işləməliyik ki, nəyəsə nail olaq.
- Bəs futbolçu problemini necə həll edəcəksiniz?
- Hardasa 2 futbolçunu universal oyunçuya çevirmək niyyətindəyəm. Eyni oyunçu daim bir mövqedə çıxış edir. Sonra məcburiyyətdən başqa yerə qoyanda özünü pis hiss edir, ürəyində nələrsə fikirləşir. Bu üzdən bəzilərini elə öyrətməliyəm ki, lazımı vaxt axsayan mövqedə oynamağı bacarsın.
- Bu tip futbolçu tapmısınız?
- Komandanın 2-3 oyununu izləmişəm. Ən azı 2 belə futbolçunun olduğunu gördüm.
- Problemin həlli üçün başqa hansı addımlar atmağı fikirləşirsiniz?
- Bəzən Kriştianu Ronaldo da küsüb deyir ki, maaşımı qaldırın. Bizim futbolçular bu dərəcədə pul üçün küsməsə də, maddi durum yaxşılaşdırılmalıdır. Klub rəhbərliyi ilə bu haqda da danışacağıq.
- Artıq işə başlamısınız?
- Yox, hələlik Bakıdayam. Bu gün axşam Tovuza gedəcəyəm. Komandaya bu günlük məşq tapşırığı verilib. Həm də bu gün komandanın üzvü Asəf Qədirinin toyudur. Komanda orada olacaq. Mən isə Tovuza gedib, klub prezidenti ilə görüşüb müqavilə imzalayacağam.
- Müqavilənin müddəti necə olacaq?
- Qalan məsələlərdən biri də məhz budur. Onu müzakirə edəcəyik ki, müqaviləmiz mövsümün sonuna kimi olsun ya da iki illik.
- Sələfiniz Əsgər Abdullayevin postundan ayrılması sizin üçün gözlənilməz olmadı?
- Belə şey gözlənilmirdi. Sonradan vitse-prezidentlə görüşəndə aydın oldu ki, baş məşqçi və köməkçiləri Eltay Aslanovla Nizami Sadıqov artıq klubda çalışmır. Lakin bilmədim ki, onlar kənarlaşdırılıblar, ya özləri istefa verib. Bunu bilmədim.
- Abdullayevlə bu haqda danışmamısınız ki?
- Əsgər müəllimə zəng vurub, ondan halallıq almaq istədim. Axı komandanı məhz Əsgər bəy qurub. Lakin ona zəng çatmırdı.
- Baş məşqçi ilə yanaşı, köməkçilərindən üçü postundan ayrılıb. Onların yerinə kim çalışacaq?
- Bu məsələyə də prezidentlə görüşdə aydınlıq gələcək. Mən bilməliyəm ki, onlara neçə məşqçi lazımdır və hansı maaşa uyğun olmalıdırlar. Bundan sonra köməkçilərimi müəyyənləşdirəcəyəm.
- Yəqin ki, artıq namizədləriniz var...
- Bu işə həssas yanaşıram. Çünki əvvəlki klublarda başım daşa dəyib. Elə məşqçilər var ki, canla-başla çalışır, amma baş məşqçinin arxasından işlər çevirirlər. Bu mənada həmişə “Barselona”nın çalışdırıcısı Tito Vilanovaya hörmət etmişəm. Neçə il Xosep Qvardiolanın köməkçisi oldu, lakin onun xəbəri olmadan işlər görmədi. “Turan”a da belə məşqçi gətirəcəyəm. Balaca məşqçi ordumuz var. Bir-birimizə dəstək olmalıyıq. Elə köməkçi istəyirəm ki, mənə sirdaş olsun, hər çatışmazlığı mənə desin birgə səylərimizlə aradan qaldıraq. Komandanı evdə güclü edək, azarkeşləri tribunalara qaytaraq. Tovuz futbol məktəbinin imicini bərpa edək.
- Bu posta başqa namizədlərin də olduğu deyilir...
- Bildiyimə görə məndən əvvəl 2-3 məşqçi ilə danışıqlar aparıblar. Lakin onlarla ortaq məxrəc əldə olunmayıb. Bundan sonra mənə müraciət ediblər.

0
0