Yığmamızda 22 futbolçu
12.10.2012 - 14:21
Yığmamızda 22 futbolçu
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Nikolay Adam oktyabrın 17-dən 21-ə qədər keçiriləcək təlim-məşq toplanışına 22 futbolçu çağırıb.

Bakıda təşkil olunacaq hazırlığa qatılan oyunçuların 19-u 3 komandanın “Qəbələ”, “Bakı” və “Neftçi”nin payına düşür. Sonuncular 5, digər 2 klub 7 futbolçu ilə millidə təmsil olunacaq: Yusif Şirinov, Toğrul Məhəmmədbəyli, Bəhlul Mustafazadə, Roman Hüseynov, Fərid Əsədli, Heydər Babayev, Vüqar Əlibabayev (hamısı "Qəbələ"), Elçin Tağıyev, Renat Ağaverdiyev, Umar Akmurzaev, Fərid İsmayılzadə, Şəfi Bağırov, Elsevər Rəhimov, Nicat Süleymanov (hamısı "Bakı"), Elməddin Məmmədov, Kamran Nəcəfzadə, Rövlan Muradov, Tural Osmanov, Emil Həsənzadə (hamsı "Neftçi"), Anar Həsənov ("Rəvan"), Eltun Turabov ("Qarabağ"), Şahban Cəbrayılov ("Anji", Rusiya).

Mənbə: affa.az