“Əsgər Abdullayev komandadan ayrılsaydı, bizə deyərdi”
12.10.2012 - 14:22
“Komandadan çıxarılmağımızdan xəbərim yoxdur. Mən bunu sizdən eşidirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan”ın sabiq məşqçisi Nizami Sadıqov deyib.
O, baş məşqçi Əsgər Abdullayev və digər köməkçilər Eldəniz Hüseynovla Eltay Aslanovla birlikdə komandadan çıxarılmasına münasibət bildirmək istəməyib.
Sadıqov bunu məsələdən xəbərsiz olması ilə izah edib: “Deyirsiniz komandadan çıxmışıq. Lakin hələ heç nə yoxdur. Bu haqda bizə heç nə deməyiblər. Komandamız bu gün yığışır. Sabahdan məşqlərə başlayırıq. Yəqin nə isə olsa bilinəcək. Əsgər müəllim hazırda Bakıdadır. Onunla danışmamışıq. Lakin komandadan ayrılsaydı, bizə deyərdi. Əfqan Talıbovun baş məşqçi təyin olunmasından xəbərim yoxdur. Rəhbərlik bizə heç nə deməyib”.

0
0